Kataloq
Bütün kateqoriyalar

Qaydalar

Odes.az – İstifadə Qaydaları və Şərtlər

1. Ümumi Qaydalar

1.1. Odes.az — istirahət məkanları, turizm turları və digər əlaqəli xidmətlərin paylaşılması üçün yaradılmış onlayn elan platformasıdır.

1.2. Platformadan istifadə İstifadəçi RazılaşmasıMəxfilik Siyasəti əsasında həyata keçirilir.

1.3. İstifadəçilər sayta elan yerləşdirməklə bu qaydaları qəbul etmiş sayılır.

1.4. Qaydaların pozulması və ya istifadəçilərdən gələn çoxsaylı şikayətlər Odes.az administrasiyası tərəfindən həmin elanların, eləcə də istifadəçi hesablarının silinməsi və ya bloklanması ilə nəticələnə bilər.


2. Elanların Yerləşdirilməsi və Aktivlik Müddəti

2.1. Saytda yerləşdirilən bütün elanlar real və mövcud olan xidmətlərə və məkanlara aid olmalıdır.

2.2. Elanın aktivlik müddəti 30 gündür. Bu müddət bitdikdə elan avtomatik olaraq “Müddəti başa çatmış” statusuna keçəcək.

2.3. Eyni məzmuna malik təkrar elanların yerləşdirilməsi qadağandır.

2.4. İstifadəçi bir xidmət və ya məkana dair yalnız bir aktiv elan yerləşdirə bilər.

2.5. Elanda edilən dəyişikliklər onun irəli çəkilməsinə səbəb olmur. Elan yalnız şəkil, məzmun və qiymət dəyişikliyi üçün redaktə oluna bilər.


3. Şəxsi Məlumat və Əlaqə Vasitələri

3.1. İstifadəçi yalnız özünə məxsusaktiv olan əlaqə məlumatlarını (telefon, e-poçt) təqdim etməlidir.

3.2. Elan mətnində və başlıqda əlaqə məlumatlarının (telefon/e-poçt/link və s.) qeyd olunması qadağandır. Bu məlumatlar yalnız nəzərdə tutulmuş xüsusi sahələrdə qeyd olunmalıdır.

3.3. Birdən çox istifadəçi hesabı yaratmaq və ya başqasına məxsus məlumatlarla hesab açmaq qadağandır.

3.4. Odes.az bir istifadəçiyə aid olan çoxsaylı hesabları aşkar etdikdə onları avtomatik bloklama hüququnu özündə saxlayır.


4. Elanların Kateqoriya Uyğunluğu və Keyfiyyəti

4.1. Elan yalnız onun məzmununa tam uyğun olan kateqoriyada yerləşdirilməlidir.

4.2. Elanın təsviri yalnız bir xidmət və ya obyektə aid olmalıdır. Müxtəlif xidmətləri bir elan daxilində paylaşmaq qadağandır.

4.3. Elan məzmununda yanlış və ya yanıltıcı məlumat yerləşdirilməməlidir. Əks halda elan silinə və istifadəçi bloklana bilər.


5. Şəkillərlə Bağlı Tələblər

5.1. Elanlara real və xidmətə uyğun şəkillər əlavə edilməlidir.

5.2. Şəkillərdə əlaqə məlumatları, digər platformaların linkləri və ya loqotiplər olmamalıdır.

5.3. Keyfiyyətsiz, uyğun olmayan və ya başqa mənbədən götürülmüş şəkillər (məsələn, stok şəkillər) moderasiya zamanı silinə bilər.

5.4. Aşağıdakı kateqoriyalar üzrə real və özünüzə aid çəkilmiş şəkillərin paylaşılması mütləqdir:

  • Dağ evləri, kənd evləri, otellər
  • Turizm xidmətləri və turlar
  • İcarəyə verilən məkanlar

6. Təkrar Elanlara Yol Verilməməlidir

6.1. Eyni obyekt və ya xidmətlə bağlı bir neçə elan yerləşdirilməsi qadağandır.

6.2. Müddəti bitməyən və ya aktiv olan elanın silinərək yenidən yerləşdirilməsi sistem tərəfindən aşkar edilərsə, həmin elanlar silinəcək və istifadəçi xəbərdarlıq almadan bloklana bilər.


7. Qadağan olunmuş Məzmun və Elanlar

7.1. Aşağıdakılar platformada qəti qadağandır

  • Qanunsuz xidmətlər və məhsullar
  • Erotika və ədəbsiz məzmun
  • Aldadıcı və ya spam xarakterli məlumat
  • Ümumi reklam xarakterli, konkret xidmət təqdim etməyən məzmun
  • Digər şəxslərə aid əlaqə vasitələrinin qeyd edilməsi

 


8. Şirkətlər və Tərəfdaşlar üçün Qaydalar

8.1. Şirkətlər və turizm agentlikləri Odes.az-da ödənişli tərəfdaşlıq paketi əldə etməklə öz turlarını və xidmətlərini paylaşa bilər.

8.2. Hər bir şirkət yalnız qeydiyyatdan keçdiyi sahəyə uyğun elanlar paylaşmalıdır.

8.3. Əgər tərəfdaşlıq paketindən istifadə edilirsə, eyni elanlar fərqli istifadəçi hesablarından yerləşdirilə bilməz.


9. Qaydaların Qüvvəyə Minməsi və Yenilənməsi

9.1. Qaydalar istifadəçi platformaya daxil olduğu andan etibarən qüvvəyə minmiş sayılır.

9.2. Odes.az administrasiyası qaydalarda dəyişiklik etmək hüququnu özündə saxlayır və bu dəyişikliklər saytda yayımlandığı andan qüvvəyə minir.

Menyu
Saytda qeydiyyatdan keç

bonus olaraq 1 ₼ qazan!

Qeydiyyatdan keç

Saytın düzgün işləməsini təmin etmək, kontent və reklamları fərdilşdirmək, sosial media funksiyalarından istifadə etmək və trafiki analiz etmək üçün kukilərdən istifadə edirik. Sosial media, reklam və analitik partnyorlarımız vasitəsilə saytımzdan istifadəniz barədə məlumat paylaşırıq. Kuki (Cookie) Siyasəti

Aydndır
Hərrac bitmişdir
dəqiqə
saniyə
Seçildi
Əlavə et
Hərrac bitmişdir
Tənzimləmələri gizlə
Bütün tənzimlmələr
Səhifəni silmək istdiyinizdən əminsiz?